Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən göstərilən xidmətlərin daha da əlçatan olması və istifadəçi məmnunluğunun artırılması istiqamətində müvafiq işlər davam etdirilir.


RİNN-in müraciəti əsasında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi məsələsinə baxılıb.

Dövlət Komissiyasının qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 (PMR 446-private mobile radio, 446 MHs) analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə (DRİ) birbaşa müraciət edəcəklər.

Xatırladaq ki, indiyə qədər bu tip radiostansiyalardan istifadə etmək istəyənlər Dövlət Komissiyasına müraciət edirdi və komissiya mövcud qaydalara əsasən, müraciətlərə 2 ay ərzində baxaraq qərar verirdi.

Yeni dəyişikliyə görə, müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonra 3 iş günü ərzində istifadəçilərə tezlik nominallarının ayrılması mümkün olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu