Yevlaxda Kür çayında həlak olan polisin meyiti tapılıb - YENİLƏNİB


"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.


DİN-in Mətbuat Xidmətindən AFN.az-a bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

**

Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu