Masallı və Lerikin icra başçıları kollektivə təqdim olundu


Lerik və Masallı rayonlarının yeni icra başçıları kollektivə təqdim olunub.


AFN.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Abbasov bu gün Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Bundan başqa Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Əhmədov da bu gün Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatlarda Zeynal Nağdəliyev çıxış edərək İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Hər iki başçı göstərilən etimada görə minnətdarlığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu