Azərbaycanda məktəbli formaları dəyişdirilir - QİYMƏTLƏR - VİDEO


Dövlət ümumtəhsil müəssisələrində təhsil alanların geyim formaları dəyişdirilir. Yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif edilir.



AFN xəbər verir ki, Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva AZTV-yə bildirib ki, ilk öncə 1-4-cü siniflər, sonrakı mərhələdə isə digər siniflər üzrə geyimlər təklif olunub:

"Təklif olunan 4 modelin hər biri xüsusiləşdirilmiş məktəbli geyimləri sayılır. Bu modellərin hansı bölgələrə aid olacağını məktəblər özü seçir. İkili dəst üçün qiymət 30 manata yaxın olacaq. Üç və ya dördlü dəst olarsa, 55-65 manat arasında dəyişəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu