"Lukoil"un direktorlar şurasının rəhbəri 6-cı mərtəbədən yıxılaraq ölüb - FOTO
“Lukoyl”un direktorlar şurasının sədri, 64 yaşlı Ravil Maqanov Moskva xəstəxanalarından birində pəncərədən yıxılaraq ölüb.
AFN əbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Maqanov xəstəxananın 6-cı mərtəbəsindəki şöbədə müalicə alırdı. Hadisənin necə baş verdiyi məlum deyil.
Onun meyiti xəstəxananın tibb işçiləri tərəfindən aşkar edilib.