DGK narkoloji analizdən keçməyən gömrükçülərin işdən çıxarılmasına münasibət bildirib


Dövlət Gömrük Komitəsi (DGK) narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirib.



AFN report-a istinadən xəbər verir ki, gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür:

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, dünən bir sıra KİV-lərdə Dövlət Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar dərc edilib. Məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Ş.Bağırov onları işdən azad edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu