Əhalinin NƏZƏRİNƏ! - Bu rayonda söküntü işlərinə başlanıldı - VİDEO


Paytaxtda qanunsuz tikilən obyektlərin söküntüsü davam edir.



AFN xəbər verir ki, söküntü işlərindən biri də Yasamal rayonunda həyata keçirilir.

Rayonun Mirzə Cabbar Məmmədzadə 98 ünvanında yerləşən binaların qarşısındakı zəbt olunmuş yerlərdə söküntü işləri başlayıb.

Yasamal rayonu Kommunal Təsərrüfat Birliyinin rəisi Ədalət Bağırov Real TV-yə bildirib ki, zəbt olunmuş hasarlar, obyektlər sökülür və əvəzində həmin yerlər abadlaşdırılır.

O əlavə edib ki, Yasamal rayonundakı digər küçələrdə də zəbt olunmuş yerlər mərhələli şəkildə söküləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu