Gülşənin ev dustaqlığı ləğv olundu


Türkiyəli müğənni Gülşənin ev dustaqlığı ləğv olunub.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar verib.

Gülşənin 4 gündür davam edən ev dustaqlığına xitam verilib. Qərar bu gün günorta saatlarından etibarən qüvvəyə minib.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. O daha sonra ev dustaqlığına buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu