Polşadan Rusiya vətəndaşlarına daha bir qadağa


Polşa Rusiya vətəndaşlarının hava və dəniz yolu ilə ölkəyə girişini qadağan etdiyini açıqlayıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müraciət üçün bəzi müstəsna halların olduğu paylaşılıb.

Sözügedən qərarın Şengen vizası olanlar üçün də keçərli olduğu qeyd olunub.

Humanitar vəziyyətlər, diplomatik nümayəndəliklər, Polşa təhsil müəssisələrinin tədqiqatçıları, tələbələr və balıqçılar üçün bəzi müstəsna halların olduğu da bildirilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Polşa Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandıraraq, onların ölkəyə quru yolu ilə daxil olmasını qadağan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu