Tanınmış aktyor beyninə qan sızmasından vəfat etdi - FOTO


Türkiyəli aktyor Rıza Akın dünyasını dəyişib.



AFN xəbər verir ki, 65 yaşlı kino və teatr aktyoru səhər saatlarında vəfat edib.

Yaxınlarının məlumatına görə, Rıza ötən gün beyninə qan sızması nəticəsində keçinib.

Rıza Akın 1957-ci il sentyabrın 15-də Adanada dünyaya gəlib. Əslən Ərzincanlı olan aktyor fəaliyyətə başlamaq üçün Ankaraya köçüb. Ankara Birlik Teatrında çalışmağa başlayıb.

Akın bu günə qədər bir çox film və serialda rol alıb. O "Sevmedim Deme", "Kalp Yarası", "Bir Adamın Hikayesi", "Aile Arasında", "Alev Alev" kimi reytinqli ekran işlərinə çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu