Bakıda polis bu qadını axtarır - FOTO

Bakıda itkin düşən 62 yaşlı qadın axtarılır.
Bu barədə AFN-ə itkin düşən şəxsin yaxınları məlumat verib.
Belə ki, paytaxtın Səbail rayonu ərazisində yaşayan Əsədova Dünyaxanım Hacıbaba qızı 2022-ci il noyabrın 1-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun yaddaş problemi var.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, (077)-638-37-38, (055)-887-17-55, (055)-507-30-57 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.