Azərbaycanda koronavirusa daha 51 yoluxma faktı qeydə alınıb - 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.