Pakistanda daşqınlar 1700-dən çox insanın həyatına son qoyub


Pakistanda iyunun ortalarından bəri davam edən musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 1700 nəfəri ötüb.


"Sinxua" agentliyi xəbər yayıb ki, Pakistanın təbii fəlakətlərlə mübarizə Milli idarəsinin son məlumatına görə, daşqınlar 1739 nəfərin həyatına son qoyub, daha 12 867 nəfər xəsarət alıb. Ölənlər arasında 647 uşağın və 353 qadının olduğu bildirilir.

Təbii fəlakət nəticəsində, həmçinin 2,3 milyona yaxın ev, yollar və körpülər dağılıb, bir milyon başdan çox heyvan tələf olub. Rekord miqdarda daşqından ümumilikdə 33 milyondan çox insan zərər görüb.

Daşqınlardan zərər çəkən rayonlarda xilasetmə əməliyyatlarına Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri, həmçinin ordu aviasiyası və hərbi mühəndis texnikası cəlb olunub. Avqustun əvvəlində hökumət yaranmış ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dost Pakistana humanitar yardım çatdırıb. Kömək əli uzadanlar arasında Türkiyə də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu