Litva Ukraynaya 12 zirehli transportyor göndərib


Litva Ukraynaya 12 ədəd M113 zirehli transportyor göndərib, onların 10-u minaatanlarla təchiz olunub.



AFN xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviterdə məlumat yayıb.

“Litvadan Ukraynaya əlavə hərbi yardım çatdırılıb: 12 ədəd M113 (10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi isə atəşə nəzarət radarı ilə təchiz olunub) və döyüş sursatları”, - o yazıb.

Onun sözlərinə görə, ölkəsi artıq Ukraynaya 62 ədəd M113 göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu