Bərdə terrorunda həlak olan uşağın bacısı dünyaya gəlib - FOTO


Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib.



TƏBİB-dən AFN.az-a verilən xəbərə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.

Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib.

Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu