Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulub


Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulub.


Bu barədə siyasətçinin anası Giuli Alasaniya bildirib.

Onun sözlərinə görə, civənin Saakaşvilinin orqanizminə necə daxil olduğu məlum deyil: “Civə zəhərlənməsi onun dərhal azadlığa buraxılması üçün əsas olmalıdır”.

Bir müddət əvvəl vəkili Şalva Xaçapuridze keçmiş prezidentin sol qolunun əzələlərinin atrofiyaya uğradığını, şiddətli ağrılarınln olduğunu demişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu