Axtarışda olan şəxs Bakıdakı şadlıq sarayında qadının pullarını oğurladı


Bakıda şadlıq sarayında qadının pulqabısı oğurlanıb.



AFN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pul qabısının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu