Bakının Cavanşir küçəsi təmir edilib - VİDEO


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun Cavanşir küçəsini əsaslı təmir edib.



AFN xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 1 400 metr uzunluğa malik sözügedən küçənin təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2 800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb.

Daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, kommunikasiya xətlərinə aid quyu qapaqları layihə hündürlüyünə qaldırılıb və zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılıb.

Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb.

Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçələrin təmiri bu ilin sonuna qədər yekunlaşdırılacaq. Ötən il rayon ərazisində 14,2 kilometr uzunluğa malik küçədə təmir işləri aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu