Le Pen: Fransa Ukraynanı silahlandlrmağa son qoymalıdır.
Fransa Parlamentinın "Milli birlik" fraksiyasının sədri Marin Le Pen bildirib ki, Fransa Ukraynaya silah göndərilməsini dayandırmalıdır.
AFN.az xəbər verir ki, bu barədə "Frans Enfo" radiostansiyasi məlumat yayıb. Le Penə görə, Kiyevin silahlandırılması Ukraynanın öz təhlükəsizliyi baxımından risklidir. Siyasətçi həmçinin vurğulayıb ki, Kiyevə göndərilən hərbi texnikaya Fransanın özü möhtacdır. Onun sözlərinə görə, Ukraynaya göndərilən ağır silahlar Fransa ordusuna lazımdır və onların göndərilməsi ordunu ziflətməklə təhlükəziliyə ciddi risk yaradır.
Qeyd edək ki, fraksiya sədrinin bu açıqlaması Fransanın müdafiə naziri Sebastyan Lekarnyunun, Parisin Kiyevə iki batareya zenit raket kompleksi verdiyi barədə məlumatından sonra gündəmə gəlib.