Əl və ayaq dırnaqlarınızda bunları görsəniz, həkimə müraciət edin!


Dırnaqlarda zaman-zaman meydana gələn və uzun müddət keçməyən dırnaq ləkələrinin əslində sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bilirdinizmi?


AFN.az alimlərin araşdırmalarına istinadən xəbər verir ki, əhəmiyyət vermədiyimiz dırnaq ləkələri əslində bəzi xəstəliklərin xəbərçisi ola bilər. Bu ağ ləkələrin ölçüsünə görə fərqli mənaları var, adətən kalsium çatışmazlığı və anemiya nəticəsində yaranır.
Bundan başqa, dırnaqlarınızdakı ağ ləkələr aşağıdakı xəstəliklərin əlaməti ola bilər:
Dırnaq göbələyi,
Anemiya,
Kalsium çatışmazlığı,
Keratin hormonunun çatışmazlığı
Protein çatışmazlığı,
Mineral çatışmazlığı,
Dırnaqlarda ağ ləkələrin əmələ gəlməsinin səbəblərinə qaraciyər xəstəlikləri, siroz və hepatit daxildir. Böyrək xəstəliklərində dırnaqlarda ağ və çəhrayı ləkələr görünə bilər. Şiddətli böyrək çatışmazlığında dırnaqlar tamamilə ağ ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu