Qarabağda 1 yerli və 1 xarici universitetin filialı açılacaq
44 günlük müharibədən sonra müxtəlif səviyyələrdə Qarabağın işğaldan azad olunmuş ərazilərində Qarabağ Universitetinin və Elmlər Akademiyasının Qarabağ bölməsinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
AFN.az-ın xəbərinə görə, iqtisadçı ekspert Qalib Toğrul bildirib ki, verilən təklifləri tam əhatə etməsə də, Qarabağda 2026-cı ilədək oxşar fəaliyyətlərin icrası planlaşdırlır: "Nəzərdə tutulur ki, Qarabağda 1 yerli və 1 xarici universitetin filialı yaradılsın. Hər iki filialın 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir. Hələlik filialları yaradılacaq unuversitetlərin adları açıqlanmır. Hər şey Elm və Təhsil Nazirliyinin təkliflərindən və hökumətin seçimindən asılıdır.
Qarabağda regional tibbi təhsil müəssisəsinin açılması da gözlənilir. Hələ ki, təhsil müəssisəinin ali, yoxsa orta ixtisas təhsili müəssisəsi olacağı bilinmir. Bu, Səhiyyə Nazirliyinin verəcəyi təkilflərdən sonra məlum olacaq".
Ekspertin sözlərinə görə, 1eyd olunan təhsil ocaqlarından əlavə, Qarabağda 8 peşə məktəbinin və 1 texnikumun (orta ixtisas təhsili müəssisəsi) açılması da planlaşdırılır. Bütün təhsil müəssisələrinin 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.