Bakıda hotelin çardağı yandı


Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3888 m² olan altımərtəbəli otel binasının çardağının taxta atmaları və izolyasiya qatı 20 m² sahədə yanıb.


FHN-dən AFN.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu