Xəzərin təkindəki enerji mənbəyi, UNO qəzası və yaralanmış yadplanetli uğrunda savaş... - FOTO


2003-cü il. Suraxanı. Amerikadan gələn NASA əməkdaşları burda görüş keçirirlər. Görüşün ardından UNO-lardan birinin burda onlarla görüşü planlanmış idi. Bu məqsədlə ətraf tamamilə izolə edilir. Lakin...UNO-eniş etmir. Abşeron yarımadasının Nardaran – Pirşağı qəsəbələrində görüş təyin edilir. Lakin yenə UNO eniş etmir. Bir neçə gün Bakıda qalan NASA əməkdaşları kor-peşiman geri qayıtmalı olurlar.


AFN.az xəbər verir ki, bu haqda elmi mənbələrdə yazılır. Bildirilir ki, bundan 4 il əvvəl - 1999-cu ildə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər edirlər. Səfərlərin gedişində aparılan danışıqların mövzusundan biri də Xəzər üzərində qəzaya uğramış, içindən bir yaralı, digəri ölü çıxan Uçan Naməlum Obyektin (UNO) onlara verilməsi olur. Mənbələrdə qeyd edilir ki, qəzaya uğrayan UNO ilə bağlı hadisə video lentə alınır və görüntülərdə əks olunan yadplanetlinin boyu 132 sm-dir. Xarici görünüşcə insana bənzərliyi olsa da, boynu çox qısa, gözləri yumrudur. Baş nahiyəsində saç yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir. Yadplanetlinin ağzı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rəngdə, büzüşmüş haldadır. Bütün bədəni incə mavi kapilyarlarla örtülüb. Görüntülərdə yadplanetlinin üzərində olan və elmə məlum olmayan maddədən ibarət geyim yanmış formada olur.



Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan ”Ruslan" təyyarəsi göndərilib. Bu təyyarələrin UNO ilə dəyişdirilməsi təklif edilir. Lakin Azərbaycan tərəfi buna yox deyir. İki gün sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Amerika Kosmik Agentliyinin nümayəndələri Bakıda keçirdikləri görüşdən sonra Nasosnu adlanan aviabazaya Amerikanların hərbi yük təyyarəsi enir və onlar UNO-nu özləri ilə aparılar. UNO uğrunda Rusiya, Fransa və hətta Türkiyənin xahişlərinə baxmayaraq, Amerika tərəfi Azərbaycandan qalib ayrılır. Əvəzində isə....iki hərbi kater və digər yardımlar Azərbaycana təhvil verilir...
Ufoloq Fuad Qasımov həmin vaxt bəyan etmişdi ki, Azərbaycanda bəzi ərazilər UNO-lar üçün "xoşa gəlimli”dir. Bu ərazilər Abşeronda - Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Bundan başqa, UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır.
2003-cü ilin mayında UNO Bakı şəhəri üzərində görünməyə başladı və bunu şəhərin çoxsaylı əhalisi müşahidə etdi. Qeyd etmək lazımdır ki, 2002-ci il iyulda işıq sönən zaman və 2003-cü il mayda Bakıda 16-30 arası UNO müşahidə olunmuşdur!
UNO-ların Azərbaycan səmasında və ərazisində görünməsi barədə ilk mənbə XVII əsrə aiddir. Yazılı mənbələrdə göydən alov saçan əşyaların Şamaxı, Suraxanı, Mərəzə, bu günkü Sumqayıt, İsmayıllı, İmişli və digər ərazilərdə görünməsi barədə qeydlər var. Azərbaycan sovet işğalından sonra bu barədə bütün məlumatlar Dövlət Təhlükəsizliyi xidmətinin nəzarətinə keçir və informasiya boşluğu yaranır. Xəzər dənizinə UNO-ların marağının kökləri hələ XIX əsrə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.
1950-ci illərdən etibarən neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O.Şmid adına SSRİ E.M. Yerin Fizikası İnstitutunun əməkdaşları daima "Xəzər əjdahası"nı müşahidə ediblər. Lakin informasiya geniş surətdə 1955-ci ildə ABŞ senatoru Riçard Rassel Suraxanı rayonunda olarkən burada UNO-nu müşahidə etməsindən sonra dünyaya yayılıb. Bundan sonra ABŞ casusları bu rayonu izləməyə başlayırlar və o amerikalılar tərəfindən "Xəzər əjdahası" adını alır.
XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə dəfələrlə naməlum obyektlər müşahidə olunub. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilib. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tədqiq olunur.
Alimlərin fikrincə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı enerjidoldurma məntəqəsi kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin olduğunu da deyirlər.
Yazıda tarixçi alim Zaur Əliyevin araşdırmasından istifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu