"Cinsini dəyişən insan ..." - Hacı Şahindən açıqlama/VİDEO
İlahiyyatçı və din xadimi Hacı Şahin yeni açıqlaması ilə diqqət çəkib.
AFN.az xəbər verir ki, "Birinci TV" adlı youtube layihəsinə qonaq olan Hacı, cinsiyyətini dəyişən insanlardan danışıb. Hacı Şahin həmin şəxslərin dəfni zamanı əsl cinsinin müəyyənləşdirilməsinin vacib olduğunu bildirib:
"Bildiyiniz kimi ikicinsli insanlar var. Bəzi insanlarda müəyyən dövrlərdə hormonlarda dəyişikliklər olur. Bu zaman belə tip insanların həqiqi cinsi müəyyən edilməlidir. Bilinməlidir ki, bu insan faktiki olaraq hansı cinsə məxsusdur. Bunu artıq tibb müəyyənləşdirir. Əgər qadın kimidirsə qadın, kişi kimidirsə kişi olur. Bəziləri bunu mənim cinsi azlıqlara bəraət verməyim kimi qəbul edir. Amma belə deyil. Müəyyən səbəblər var ki, insan həyata belə yaranır. Əslində müasir tibbdə buna icazə verirlər ki, insan öz həqiqi cinsiyyətinə uyğunlaşsın".