Argentinalı qapıçı Messini "yıxdı sürüdü" - Dünyanın ən yaxşısı Mbappedir


Argentinalı keçmiş qapıçı Huqo Orlando Qatti Messinin heç vaxt Maradonadan yaxşı ola bilməyəcəyini və hazırda dünyanın ən yaxşısının Kilian Mbappe olduğunu deyib.


AFN.az xəbər verir ki, “El Chiringuito de Espana” verilişində danışan argentinalı qolkiper Lionel Messini "yıxıb sürüyüb". Messinin Qətərdə əvvəlkindən daha yaxşı olduğunu bildirən Qatti, buna baxmayaraq, onun heç vaxt Maradonadan yaxşı oyunçu olmadığını deyib.



Bütün karyerası boyunca Argentinada oynayan Qatti əvvəllər də dəfələrlə "Barselona"da oynayarkən Messini tənqid edib. Qatti "Messinin indi dünyanın ən yaxşısı olduğunu qəbul edirsinizmi?" sualına belə cavab verib: "Siz onları Argentinada məni öldürməyə məcbur edirsiniz, elə deyilmi? Messi yaxşı idi, nisbətən yaxşı idi, amma sizə deyim ki, mənim üçün dünyanın ən yaxşısı Mbappedir. Onlar deyəcəklər ki, mən ona qarşıyam. Çünki mən həqiqəti deyirəm. Heç kim Dieqo Maradonaya qalib gələ bilməz. Pele Braziliyada, Argentinada Maradona. Bu mənim reallığımdır. Di Maria kubokda çox yaxşı idi, amma heç kim onun haqqında danışmır. Mən matçda qorxmuş Fransa gördüm. Hər iki komandada ciddi müdafiə qüsurları var idi, amma oyun həyəcanlı və yaxşı keçdi. Argentina uçurumun üstündə idi, onların komandası qapıçı Martinez idi. O, Argentina üçün ən həlledici idi. Son topu alan Muani yox, Mbappe idi”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu