Köməkçi vəsaitdə səhvlər aşkarlandı- RƏZİLLİK


Azərbaycan məktəblərində istifadədə olan daha bir köməkçi vəsaitdə səhvlər aşkarlanıb.


AFN.az xəbər verir ki, birinci siniflər üçün istifadə olunan misallar və tapşırıqlar kitabında sadə məsələlərdə səhvlər var.

Belə nöqsanlar isə məktəblərdə istifadə olunan köməkçi tədris vasitələrində təəssüf ki, tez-tez rastlanan adi hala çevrilib.

Elçin Əfəndi bildirdi ki, son dövrlər kitab bazarında vəziyyət belədir. İstənilən şəxs hər hansı vəsaiti çap etdirib satışa çıxara bilir:

"Təbii ki, onların izlənilib monitorinqini həyata keçirmək mümkün olmur. Sırf Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnstitutu müvafiq olaraq bu dərsliklərin monitorinqini aparmalıdır. Elm və Təhsil Nazirliyinin lisenziyası ilə satışa çıxarılan dərsliklərdə səhv aşkarlanarsa artıq bu hal araşdırılmalıdır. Nazirlər Kabibetinin müəyyən etdiyi qərar əsasında hər bir dərsliyin dəqiqliyi, yığcamlığı kimi məsələlər öz əksini tapır".

Ekspertin sözlərinə görə, lisenziyadan kənar buraxılan kitablarla bağlı nazirlik mütləq şəkildə tədbir görməlidir:

"Hazırda biz, təəssüf ki bəzi dərsliklərlə bağlı şikayətlər alırıq. Düşünürəm ki bu sahədə Elm və Təhsil Nazirliyi tərəfindən işlər görülməlidir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu