Koronavirusun yaratdığı qoxu itkisinin səbəbi bilindi


ABŞ alimləri Covid-19 olan insanlarda uzunmüddətli və ya daimi qoxu itkisinin səbəbini araşdıraraq öz nəticələrini dərc ediblər.


AFN.az CNNTürk-ə istinadən xəbər verir ki, ABŞ-ın Duke Universiteti və Harvard Universiteti kimi aparıcı təhsil müəssisələrinin alimləri 9 Covid-19 xəstəsi və uzun müddət qoxu itkisi olan 24 biopsiyadan toplanmış qoxu nümunələrini analiz ediblər. Nəticəyə əsasən, T hüceyrələri adlanan immun hüceyrələrin qoxu üçün istifadə edilən həssas burun selikli qişasında həyati vacib sinir hüceyrələrinə hücum etdiyi və bu hüceyrələrin azalmasına səbəb olduğu üzə çıxıb. Bu qeyri-adi immun reaksiya yalnız aylarla qoxu hissini itirmiş xəstələrdə görülüb.

Tədqiqatçılar qoxu neyronlarının sayına baxdıqda, uzun müddətli qoxu itkisi olanların qoxu neyronlarının əhəmiyyətli dərəcədə az olduğunu aşkar etdilər. Britaniya Tibb Assosiasiyası tərəfindən nəşr olunan həftəlik tibb jurnalında dərc edilən araşdırma hesabatına görə, Covid zamanı qoxu hissini itirmiş insanların ən azı 5 faizində (dünyada təxminən 15 milyon insan) bu hiss ya heç bir zaman bərpa olmur, ya da gec bərpa olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu