"Naaborot qızışıyoruz” sözləri ilə gündəmə gələn Tariyel Şahverdiyev vəfat edib - VİDEO

44 günlük Vətən Müharibəsi günlərində Türkiyənin TRT kanalına verdiyi müsahibədə işlətdiyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə naaborot qızışıyoruz” sözlərilə məşhurlaşan Tariyel Şahverdiyev vəfat edib.
AFN.az-a xəbəri təsdiqləyən qardaşı oğlu Əli Şahverdiyev bildirib ki, hadisə ötən gecə təxminən 3 radələrində baş verib. T.Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib. Mərhum sabah torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Xatırladaq ki, sosial şəbəkələrdə geniş yayılan müsahibədə keçmiş Qarabağ döyüşçüsü Tariyel Şahverdiyev "Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naabarot qızışıyoruz" ifadəsilə milyonların sevimlisinə çevrilmişdi.