İlham Mirzəliyev Sumqayıtda vətəndaş qəbulu keçirib


“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirib.


Qurumdan AFN.az-a verilən məlumata görə, qəbuldan əvvəl İlham Mirzəliyev və Sumqayıt rayon icra başçısının müavini Fəzail Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu