Ronaldo villasına işçi axtarır - 6 min avro maaş


Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo villasına işçilər axtarır.


BAKU.WS "Corriere della Sera"-ya istinadla xəbər verir ki, 37 yaşlı hücumçunun malikanəsi Atlantik okeanı sahilində, Lissabonun Kaskais səmtindəki Quinta da Marinha rayonundadır və 3000 kvadratmetr ərazini əhatə edir.

Ronaldo, aşpaz da daxil olmaqla 4 nəfərlik komandanı işə götürəcək.

Ronaldo işçilərə aylıq 6000 avro maaş (10 min 836 manat) verəcək. Futbolçunun əsas tələblərindən biri məxfiliyin qorunmasıdır.

Üç mərtəbəli villada açıq hovuz (qapalı hovuza əlavə olaraq), kinoteatrlar, idman zalı, tennis kortu və 20-dən çox avtomobil üçün qaraj var.

Qeyd edək ki, Ronaldonun 20 milyon avroya aldığı malikanənin təmir işləri bitdikdən sonra dəyəri 30 milyon avro olub. Malikanə Portuqaliyada ən bahalı mülk hesab olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu