Roqozin Makrona qəlpə göndərdi, Qərbi hədələdi - VİDEO


Donetskdə atışma zamanı yaralanan "Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin onu yaralayan "Sezar" haubitsasının mərmisinin fraqmentini Fransa prezidenti Emmanuel Makrona göndərib.


AFN.az ntv.ru-ya istinadən xəbər verir ki, Dmitri Roqozin boynundan çıxarılan mərmi parçasını Fransanın Rusiyadakı səfiri Pyer Leviyə göndərərək onu prezident Emmanuel Makrona təhvil verməsini istəyib. Məktub və fraqment çərşənbə günü Fransa səfirinin Moskvadakı iqamətgahının mühafizəçilərinə təhvil verilib. “Sizdən xahiş edirəm ki, cərrahlar tərəfindən onurğamdan kəsilmiş parçanı Fransa prezidenti Emmanuel Makrona təhvil verəsiniz. Həmçinin ona deyin ki, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və digər NATO ölkələrinin Donbassdakı hərbi cinayətlərinə görə heç kim məsuliyyətdən qaça bilməyəcək”, - Roqozin məktubunda yazır.

Qeyd edək ki, Roqozin dekabrda Donetskdə atışma zamanı yaralanıb. Sağaldıqdan sonra Roqozin cəbhəyə qayıtmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu