Şəhdilər Xiyabanına "andır" dedi - cəzalanması tələb olunur+VİDEO


Tiktok-da məşhur olan Ləman adlı qadın Şəhidlər Xiyabanı haqda uyğun olmayan ifadə səsləndirib.


AFN.az xəbər verir ki, başqa bir tiktokerlə canlı yayımda danışan Ləman hansısa oyuna görə rəqibinə "cəza" təyin edib. Bu cəzanın nə olduğunu deyərkən o, Şəhidlər Xiyabanı haqda nalayiq söz işlədib. "Sənin cəzanı tapdım, o andırın - Şəhidlər Xiyabanının yanındakı pilləkanları 20 dəfə çıxıb-düşürsən" deyən Ləmanın bu ifadəsi sosial şəbəkələrdə etirazla qarşılanıb. İstifadəçilər Ləmanın cəzalandırılmasını tələb edirlər. Həmçinin o və onun kimilərin ictimai qınağa layiq olduğunu vurğulayıblar.

Həmin videonu BURADAN izləyə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu