Rusiya XİN-in binalarından birində yanğın siqnalı işə düşüb

Rusiya Xarici İşlər Nazirliyinin binalarından birinin texniki otağında yanğın siqnalı işə düşüb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, mümkün səbəb qısaqapanma olub, insident nəticəsində xəsarət alan olmayıb.