Türkiyə-Ermənistan əlaqələri bərpa edilir, Azərbaycanın mövqeyi necə olmalıdır?


Xəbər verildiyi kimi, Türkiyə Ermənistanla hava yolu ilə karqo ticarətinin başlaması haqda qərar verib.


AFN.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan yanvarın 6-da Türkiyə tərəfinin yüklərin birbaşa hava nəqliyyatı ilə daşınmasına qoyulan qadağanın götürülməsi barədə onlara məlumat verdiyini açıqlayıb. "Ermənistan və Türkiyə arasında yüklərin birbaşa hava daşımaları ilə həyata keçirilməsi iki ölkənin xüsusi nümayəndələrinin ötən il iyulun 1-də keçirilən görüşündə əldə olunmuş razılaşmalardan biridir. Biz üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanını nəzərdə tutan digər sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik”, - deyə Hunanyan əlavə edib.
Politoloq Şahin Cəfərli məsələni şərh edərkən bildirib ki, Türkiyə-Ermənistan əməkdaşlığının bərpası istiqamətində real addımlar atılır və bu məsələdə Ankara ilə Bakı arasında tam sinxronluq yoxdur: "Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesi gecikir. Türkiyə Azərbaycanın mövqeyini hər zaman nəzərə alsa da, öz siyasətini sonsuzluğa qədər Bakının iradəsindən asılı duruma salmaq istəməz. Ankarada həm rəsmi, həm də müxalif çevrələr görürlər ki, Azərbaycan və Ermənistan arasında anlaşılmazlıqlar asan və qısa müddətdə çözüləcək bir məsələ deyil, eyni zamanda, tərəflər Moskvanın düşmənçiliyi uzatmağa yönəlmiş provokasiyalarına çox açıqdır. Belə olan halda Türkiyədən oturub gözləməsini ummaq və tələb etmək bizim tərəfimizdən doğru və haqlı davranış olmaz".
Ş.Cəfərlinin sözlərinə görə, Türkiyədə siyasi dəyişiklik baş verərsə və yeni gələn hökumət Ermənistanla başlayan əməkdaşlığı inkişaf etdirərsə, Azərbaycan dövləti və xalqının narazılığına əsas olmayacaq, çünki söhbət prezident Ərdoğan dövründə əsası qoyulmuş siyasətdən gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu