Qazaxıstan Rusiya ilə müqavilədən çıxdı


Qazaxıstan Rusiya ilə qarşılıqlı konvertasiyanın təmin edilməsi və rus rublu və Qazaxıstan tengesinin məzənnələrinin sabitləşdirilməsi üzrə tədbirlər haqqında sazişi denonsasiya etmək niyyətindədir.


Müvafiq qətnamə layihəsi “Открытые НПА” portalında dərc olunub. Qeyd edilir ki, saziş aktuallığını itirib. Bu, həmçinin, sazişin predmeti olan bütün məsələləri hərtərəfli tənzimləyən qanunvericiliyin qəbulu ilə əlaqədardır. Sazişdə nəzərdə tutulmuş uzunmüddətli dövr üçün bütün tədbirlər həyata keçirilib. “Gömrük İttifaqı, Vahid İqtisadi Məkan, Avrasiya İqtisadi Birliyi, Avrasiya İqtisadi İttifaqı kimi sonrakı beynəlxalq müqavilələr kompleksində, habelə iştirakçı dövlətlərdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlər nəzərə alınıb”.
“Müstəqilliyin başlanğıcında qəbul edilmiş sazişin əsas məqsədi iki ölkənin valyutaları arasında məzənnənin tədricən sabitləşdirilməsi, eləcə də onların digər valyutalarla sərbəst konvertasiya imkanlarının təmin edilməsi olub”-deyə “Bizmedia.kz” biznes xəbər saytı yazır.
Bu sazişin bəndi Rusiya Bankı və Qazaxıstan Milli Bankı tərəfindən məzənnə siyasətinin həyata keçirilməsində rubl və tengənin dollara qarşı çarpaz məzənnəsindən istifadə edilməsini nəzərdə tutur.
Qazaxıstanın idxal məhsullarının yarısının qonşu ölkələrdən alındığını nəzərə alan bəzi ekspertlər bu qərardan narahatlığını ifadə edib. Rusiya ənənəvi olaraq Qazaxıstanın ən böyük ticarət tərəfdaşıdır. 2021-ci ildə Qazaxıstanın ümumi xarici ticarətində Rusiyanın payı 24,2 milyard dollar, yaxud təxminən 24 faiz təşkil edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu