Potanin milyarderlər siyahısında birinciliyi qazandı


“Forbes” jurnalı 2021-ci ildə əldə etdiyi gəlirlərə görə Rusiyadakı xarici şirkətlərin aktivlərinin 25 yeni sahibinin siyahısını açıqlayıb.


AFN.az xəbər verir ki, nəşr hesablama metoduna aydınlıq gətirib: aktivlərlə aparılan əməliyyatların əhəmiyyətli hissəsi nominal qiymətdə olduğundan və ya onların məbləği məlum olmadığına görə bir sıra istisnalar edilməklə reytinq göstəricisi kimi ümumi gəlirlər əsas götürülüb. Beləliklə, reytinq alıcıların tərəfdaş olduğu birgə müəssisələrdəki səhmlərlə əməliyyatları nəzərə almayıb. Həmçinin, Rusiya müəssisələrində qeyri-nəzarət payları ilə əməliyyatlar nəzərə alınmayıb.
Reytinq siyahısına milyarder Vladimir Potanin başçılıq edib. Onun “Interros” şirkəti Fransanın “Societe Generale-Rosbank” maliyyə qrupunun və “Societe Generale Insurance” və “Societe Generale Life Insurance” sığorta şirkətlərinin səhmlərini alıb. Nəşrin məlumatına görə, Potaninin yeni aktivinin ümumi gəliri 49,1 milyard rubl təşkil edib.
Kanadanın “Kinross Gold” qızıl-mədən şirkətinin Rusiyadakı əməliyyatlarını 340 milyon dollara almış “Highland Gold” şirkətinin baş direktoru Vladislav Sviblov ikinci yeri tutub. Aktivin ümumi mənfəəti 38,6 milyard rubl təşkil edib.
Reytinqdə üçüncü yeri bu ilin may ayında “Home Credit and Finance Bank”ın 49,5 faizlik payını alan İvan Tırışkin və tərəfdaşları tutub. Aktivin 2021-ci il üçün ümumi gəliri 36,5 milyard rubl təşkil edib.
Siyahıda növbəti yerdə Fransanın “Renault” şirkətinin “Avtovaz”a 1 rubla satdığıl və altı il ərzində geri almaq opsiyasını saxladığı “FSUE NAMI” Dövlət Araşdırma Mərkəzi qərarlaşıb. 2021-ci il üçün “NAMI”nin yeni aktivlərinin ümumi dəyəri 32,9 milyard rubl təşkil edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu