Səfərbərlikdən qaçan 14 minə yaxın rus Gürcüstanda mənzil alıb


2022-ci il yanvarın 1-dən sentyabrın 9-dək ruslar Gürcüstanda 13 mindən çox mənzil alıb.


AFN.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Ədliyyə Nazirliyinin statistikasına istinadən “İnterpressnews” agentliyi dərc edib.
Ötən il yanvarın 1-dən sentyabrın 9-dək Rusiya Federasiyasının 12 335 vətəndaşı Gürcüstanda 15 164 bina və tikilinin mülkiyyət hüququnu qeydiyyata alıb ki, onlardan 13 262-si yaşayış mənzilləridir.
Həmin dövrdə Gürcüstanda 10 975 Rusiya Federasiyası vətəndaşının 13 850 torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınıb. İdarənin məlumatına görə, qeyd edilən müddətdə Rusiya Federasiyasının 3771 vətəndaşı 4390 ədəd daşınmaz əmlaka sahiblik hüququ, 73 vətəndaşın isə 93 kommersiya məkanı obyektinə mülkiyyət hüququ qeydə alınıb.
Qeyd edək ki, statistikaya Vladimir Putinin qismən hərbi səfərbərlik elanından sonra ötən ilin sentyabr-dekabr aylarında Gürcüstana on minlərlə rusiyalının gəldiyinə dair məlumatlar daxil edilməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu