Əfqanıstanda ən azı 26 nəfər soyuqdan ölüb
Əfqanıstanda soyuq hava səbəbin ən azı 26 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, ölkədə kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında insan tələfatı olur. Şiddətli soyuqların öz təsirini göstərməyə başlamasından sonra ölkədə ən azı 26 nəfərin öldüyü bildirilib. Temperaturun mənfi 20 dərəcəyə endiyi Əfqanıstanda azı 4 min iribuynuzlu heyvanın tələf olduğu da gələn məlumatlar sırasındadır.
Herat Şəhər Xəstəxanasından verilən məlumatda bildirilir ki, hipotermiya nəticəsində ən azı 70 nəfərin xəstəxanaya yerləşdirilib, onlardan 4 nəfəri həyatını itirib. Badgisdə azı 5, Xost vilayətində 7, Faryabda isə 2 nəfər hipotermiyadan ölüb. Səlahiyyətlilərin açıqlamasına görə, Sar-e-Pulda 1 nəfər, Bağlan əyalətində 5 nəfər, Cevzcanda isə 2 bank işçisi hipotermiyadan vəfat edib.
Qəndəhar vilayətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarında soyuq hava şəraiti ilə əlaqədar ən azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunub. Soyuq hava səbəbindən bir çox rayonlarda minlərlə hektar kənd təsərrüfatı sahəsi və yüzlərlə istixana da zərər görüb.