Zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək - BMT-dən bədbin proqnoz


Türkiyə və Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 40 mini ötəcək.


AFN.az xəbər verir ki, belə bir ehtimalı hazırda Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Sky News”a müsahibəsində səsləndirib. O bildirib ki, hələlik dəqiq rəqəm səsləndirmək çox çətindir. "Dağıntılar hələ təmizlənməyib, lakin əminəm ki, ölənlərin sayı iki dəfə və ya daha çox artacaq" - deyə qurum rəsmisi bildirib.

Martin Qriffits qeyd edib ki, zəlzələnin fəsadlarını aradan qaldırmaq Suriyaya daha çətindir. “Təəssüflə qeyd edim ki, Suriya xalqının tələbatları ildən ilə artır və edilən yardımlara baxmayaraq, onları təmin etməkdə çətinlik çəkirik. Nəticədə tam yoxsulluq içində yaşayan Suriya sakinlərinin sayı artır və indi bu, əhalinin 90 %-nə çatır”.

Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ nəticəsində Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə insan tələfatına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu