Bakıda təhsil alan türkiyəli tələbə zəlzələdə həlak olub - FOTO


Fevralın 6-sı Türkiyədə baş verən dağıdıcı zəlzələdə Bakıda təhsil alan türkiyəli tələbə vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. O, 2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olub. Daha sonra Malatyada İnönü Universitetində magistratura təhsili alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu