Türkiyədə zəlzələ nəticəsində dəymiş ziyan 20 milyard dollardan çoxdur


Mütəxəssislər fevralın 6-da Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin iqtisadi zərərini 20 milyard dollardan çox qiymətləndirirlər.


AFN.az xəbər verir ki, bununla bağlı Reuters məlumat yayıb. Amerikanın Verisk Analytics şirkətinin ilkin qiymətləndirməsinə əsasən, bu məbləğin yalnız kiçik bir hissəsi - təxminən bir milyard dolları sığortalanıb. Təxminlərə görə, təbii fəlakət Türkiyəyə ümumi daxili məhsulunun (ÜDM) bir faizi qədər ziyan vuracaq. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş iqtisadçısı Beata Javorczyk Reuters-ə bildirib ki, zəlzələ əsasən kənd təsərrüfatı və yüngül sənaye sahələrinə təsir edib, digər sektorlara təsir məhduddur. Onun fikrincə, bərpa işləri bir il ərzində infrastruktur və təchizat zəncirlərinə mənfi təsiri kompensasiya edə bilər.

AYİB-dən ən çox vəsait alan Türkiyə iqtisadiyyatının cari il üçün artım proqnozu da azala bilər: 3,5 faizdən 3,0 faizə. Bu qiymətləndirmə hələlik fəlakətin təsirini tam əhatə etmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu