BMTİP: “Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 100 milyard dolları keçəcək”


“Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 100 milyard dolları keçəcək”.


“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, bununla bağlı ilkin göstərici martın 16-da Brüsseldə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün vəsait toplanılması üçün keçiriləcək donor konfransında əsas rəqəm kimi istifadə olunacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 46 mini keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu