Rusiyanın Avropanın təhlükəsizliyini təhdid etməyə davam etməsinə imkan verməməliyik - Stoltenberq


NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, tarixin təkrarlanmasının qarşısını almaq üçün müttəfiqlər Ukraynaya qələbə qazanmaqda kömək etməlidirlər.


AFN.az bu barədə "Sky News"a istinadən xəbər verir. Stoltenberqin sözlərinə görə, NATO Rusiyaya Avropanı “parçalamağa” icazə verə bilməz. O, ABŞ prezidenti Co Baydenə və müttəfiqlərinə müraciət edərək Rusiyanın Avropanın təhlükəsizliyini təhdid etməyə davam etməsinə imkan verməməyə çağırıb.

NATO baş katibi müttəfiqləri Ukraynaya qələbə üçün lazım olan dəstəyi verməyə və sonra tarixin təkrarlanmamasını təmin etməyə səsləyib. Yens Stoltenberq bəyan edib ki, bir illik müharibədən sonra da Rusiya diktatoru Vladimir Putin sülh əvəzinə yeni müharibəyə hazırlaşır. "Biz uzun illərdir ki, Rusiyanın təcavüz modelini görmüşük... Biz Rusiyanın Avropa təhlükəsizliyini məhv etməyə davam etməsinə icazə verə bilmərik", - deyə baş katib bildirib. O, həmçinin qeyd edib ki, NATO müttəfiqləri heç vaxt indiki qədər birləşməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu