"KTMT Ermənistanın sərhədlərini tanımır" - AÇIQLAMA


Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir.


AFN.az-ın xəbərinə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Burada çox vacib bir məsələ var. Bildiyiniz kimi, KTMT Ermənistanın sərhədlərini tanımır və burada ciddi problem var. Çünki sərhəd yoxdursa, deməli, məsuliyyət də yoxdur. Biz bu məsələni qaldırdıq və ümid edirik ki, nə vaxtsa bu məsələ öz həllini tapacaq. Çünki sərhədlər tanınmadan mümkün deyil”, - deyə Qriqoryan “Faktor”un efirində bildirib.
O bildirib ki, delimitasiya və demarkasiya məsələsinin həlli üçün əsas götürülən Alma-Ata Bəyannaməsinə uyğun olaraq, keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi qəbul edilir. “Açıq şəkildə deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında sərhəd var. Ola bilsin ki, müəyyən hissənin sərhədi çəkilməyib və xəttin hara getdiyini dəqiq bilmirik. Amma söhbət bir neçə metrdən gedir. Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi olan suveren ərazisi məlumdur. Əgər iradə olarsa, bu ərazini qorumaq olar. Amma iradənin olmaması Ermənistanı müdafiə etməyi mümkünsüz edir”-Qriqoryan belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu