Çin Taylandda keçirilən təlimə məhdud formatda qoşuldu
Tayland ABŞ, Yaponiya, Çin də daxil olmaqla 30-dan çox ölkənin iştirakı ilə Şərqi Asiyada ən böyük təlimə ev sahibliyi edir.
AFN.az xəbər verir ki, bu barədə yerli "Kyodo" agentliyi məlumat yayıb. Bildirilir ki, "Cobra Gold" ("Qızıl Kobra") adlandırılan təlimə ABŞ və Tailand birgə ev sahibliyi edir. Tədbirə Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və İndoneziya tam hüquqlu əsasda qoşulduğu halda Çin, Hindistan və Avstraliya məhdud formatda qoşulub.
Ümumilikdə manevrlərdə 10 minə yaxın adam iştirak edir, onlardan 6 minə yaxını ABŞ tərəfindən göndərilib. "Cobra Gold" təlimi mayın 10-dək davam edəcək.
Son 10 ildə "Cobra Gold" manevrlərində ABŞ əsgərlərinin sayı 10.000-dən təxminən 6.000-dən 7.000-ə düşüb.