Şuşaya kommersial turizm turları təşkil edilir


“Şuşa azad olunduqdan sonra həyata keçirilən tədbirlərin nəticəsidir ki, biz artıq hazırda Şuşaya kommersial turizm turlarının təşkilindən danışırıq”.


Bunu AFN.az-a açıqlamasında turizm üzrə mütəxəssis, “Smart Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, artıq martın 18-dən etibarən bələdçilərin müşayiəti və komfortlu avtobusların iştirakı ilə Şuşaya 2-3 günlük turlar təşkil olunacaq. Arzu edən insanlar bu şəhərin tarixi abidələri, yerləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər, bu dilbər guşəni öz gözləri ilə görəcəklər. Martın 18-dən bu unikal məkan ziyarətçilər üçün açıq elan olunur.
Ceyhun Aşurov onu da qeyd edib ki, bu turistik turlar hələlik kütləvi xarakter daşımır. Çünki şəhərə yaxın ərazilərdə hələlik təhlükəsizlik baxımından müəyyən işlər görülür. Bu səbəbdən turların qiymətləri hələlik bir qədər baha ola bilər. Amma gələcəkdə səfərlərin kütləviləşməsi və qiymətlərin də uyğun olaraq ucuzlaşması real görünür. “Tezliklə təkcə Şuşaya deyil, Qarabağın işğaldan azad olunmuş digər ərazilərinə də toplu şəkildə turlar təşkil olunacaq, insanlarımız bizim Zəfər yolumuzla hərəkət edərək döyüşlərin keçirildiyi əraziləri də ziyarət edəcəklər, qəhrəman oğullarımızın göstərdikləri şücaətlə tanış olacaqlar”, - deyə ekspert bildirib.
Ceyhun Aşurov onu da qeyd edib ki, Dövlət Turizm Agentliyinin tərkibində yaradılan 8 regional idarədən biri də Qarabağ Turizm İdarəsidir. Bu da gələcəkdə burada tədbirlərin daha səmərəli təşkilində, daha çevik siyasətin tətbiqində öz səmərəsini verəcək.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu