İspaniya dörd günlük iş həftəsinə keçidin təcrübəsinə başlayıb


İspaniyanın Valensiya şəhərində dörd günlük iş həftəsi ilə bağlı təcrübə müddəti start götürüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu müddət ərzində bazarertəsi əlavə istirahət günü hesab olunacaq. Təcrübə özünü doğrultsa, bütün ölkə dörd günlük iş həftəsinə keçid edə bilər.

Valensiyada dörd günlük iş həftəsinin tətbiqi ilə pilot layihə mayın 7-dək davam edəcək. Şəhər şurası qeyd edib ki, məqsəd 32 saatlıq iş həftəsinin biznes və maliyyənin deyil, vətəndaşların xeyrinə olan təsirini öyrənməkdir.

Valensiya meri Joan Ribo bildirib ki, əsas məqsəd insanlara birbaşa fayda verməkdir.

Bu təcrübəni reallaşdırmaqla Valensiya dünyada 32 saatlıq iş həftəsi layihəsini həyata keçirən ilk şəhər olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu