Ermənilərin paylaşdığı videonun təxribat olduğunu sübut edən DETALLAR - VİDEO


Ermənilər əsir düşən əsgərimizin çəkdiyi videonu paylaşıblar. Onlar iddia edirlər ki, əsgərimiz videoda "5 gündə 400 erməni başı kəsmişik" deyir. Lakin bəzi məqamlar bunun təxribat məqsədilə hazırlanmış, saxta video olduğunu deməyə əsas verib.


AFN.az xəbər verir ki, jurnalist İlkin Muradov bununla bağlı maraqlı versiyalar irəli sürüb. O, bildirib ki, ermənilərin paylaşdığı videonun təxribat olduğunu düşünməkdən başqa variant yoxdur, çünki buna ciddi səbəblər var: "5-6 gündür əsir düşən əsgərimizin ”400 erməni baş kəsmişik” deməsi montajdır. Paylaşımdan da aydın olur ki, əvvəla erməni qadın səsi ilə məlumat verilir, ardınca əsgərimizin dodaq hərəkətləri ilə üst-üstə düşməyən səsi.
Əsgərin belə bir video çəkib telefonunda saxlaması variantı da ağlabatan deyil. Ermənilər videonun Ermənistan ərazisində çəkildiyini deyir. Videoda əsgərimizə sms də gəlir. Orada şəbəkənin olması da inandırıcı deyil. Böyük ehtimalla həmin video fərqli səs və danışıqla daha əvvəldən çəkilib. Ermənilərin əsgərimizi məcburi danışdırması variantı mənim üçün inandırıcı deyil. Çünki əsgərimiz çox rahat, sərbəst danışır. Başqa bir tərəfdən isə “400 erməni başı kəsən” əsgərin bu qədər soyuqqanlı şəkildə video çəkməsi də mümkün deyil.
Ermənilər rəqəm uyduranda çox şişirdiblər. 5 gündə 400 erməni başı kəsmək də fiziki cəhətdən mümkün olacaq iş deyil. Gecə-gündüz yatmasan saatda 3 erməni edir. Bilənlər bilir ki, Naxçıvan tərəfdə hava şəraiti ilə əlaqədar bu günə qədər bir neçə əsgərimiz itkin düşüb, həyatını itirib. Amma bu məsələnin həllini düşünmürlər. Bu qədər də məsuliyyətsizlik olmaz".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu