Girdiyi evdə ayaqqabıları səliqəyə saldı, bir cüt corab geyinib çıxdı - VİDEO


Günümüzdə elə hadisələr baş verir ki, həm marağımıza, həm təəccübümüzə səbəb olur.


ABŞ-ın Ayova ştatında da elə bir hadisə baş verib ki, hər kəsin diqqətini cəlb edib. Belə ki, birinin evinə girən yad adam mənzil yatan qadını izlədikdən sonra onun ayaqqabılarını səliqəyə qalaraq, evdən bir cüt corab və içki götürüb çıxıb. Bütün bunlar kameralara yansıyıb.
Orta yaşlı kişi girdiyi evdə yatan qadını izləyib, qadının ayaqqabılarını bir yerə yığıb və getməzdən əvvəl bir cüt corabla içki götürüb.

Ev sahibəsi hadisənin hürküdücü olduğunu deyib. Bildirib ki, televizor açıq halda yuxuya gedib. Bu zaman qapının açıq olduğunu güman edən qadın, eyni səbəbdən də yad adamın gəlişini eşitmədiyini qeyd edib.

23 yaşlı Dan Abimana olduğu müəyyən edilən şübhəli şəxs mülkə müdaxilədə ittiham olunsa da, polis onun cinayət niyyəti olmadığı üçün oğurluq ittihamı irəli sürülmədiyini bildirib. Çünki kişi evdən çıxmazdan əvvəl sadəcə bir cüt corab götürüb geyinibmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu