Polşada naməlum hərbi obyektin qalıqları tapılıb


Polşanın şimal-qərbində - Zamoş şəhərindən bir qədər aralıda, Bıdqoşdan təxminən 15 kilometr aralıda naməlum hərbi obyektin qalıqları tapılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları, hərbi polis və istehkamçılar tərəfindən baxış keçirilir. Bu haqda ölkənin Müdafiə Nazirliyi Twitter-də məlumat verib. Nazirlikdən bildirilib ki, vəziyyət yerli sakinlərin təhlükəsizliyinə təhlükə yaratmır.

RMF radiosunun məlumatına görə, tapılan qalıqlar nədənsə döyüş başlığına malik olmayan "hava-yer" tipli raketdir.

"RİA Novosti"nin Polşanın ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebroya istinadən verdiyi məlumata görə, söhbət hava obyektindən gedir. Tapıntı ilə bağlı prokurorlarla yanaşı, hərbi ekspertlər, polis, jandarma və Hərbi Əks-Kəşfiyyat Xidmətinin nümayəndələri də araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu